Haqqımızda

Biz Kimik?

İnfrastruktur Layihələrinin İcrasında Peşəkar Seçim!

Vadi Baku QSC infrastruktur, sənaye və mühəndislik sahələrində fəaliyyət göstərən, kompleks tikinti və təmir layihələrinin icrasında ixtisaslaşmış peşəkar şirkətdir. Şirkətimiz indiyədək dəmir yolu xətlərinin tikintisi və təmiri, kranaltı yolların inşası, sənaye obyektlərinin və emalatxana binalarının tikintisi, dəmir yolu stansiyalarında elektrik, rabitə və siqnalizasiya sistemlərinin quraşdırılması və işçilik xidmətləri, eləcə də təsərrüfat və yaşıllaşdırma layihələrinin icrası sahələrində uğurla layihələr həyata keçirmişdir. İcra etdiyimiz bütün layihələrdə əsas prinsiplərimiz texniki dəqiqlik, təhlükəsizlik, keyfiyyət və vaxtında icradır. Dövlət qurumları və iri sənaye müəssisələri ilə əməkdaşlıq təcrübəmiz, peşəkar mühəndis-texniki heyətimiz və sahə təcrübəmiz bizə mürəkkəb infrastrukturlu layihələri etibarlı şəkildə icra etməyə imkan verir. Vadi Baku QSC inkişaf strategiyasına uyğun olaraq fəaliyyət sahəsini genişləndirərək gələcəkdə su təchizatı və kanalizasiya sistemləri, neft və qaz infrastrukturu, eləcə də kənd təsərrüfatı və sənaye üçün suvarma layihələrinin icrasını prioritet istiqamətlər kimi müəyyən etmişdir. Məqsədimiz ölkənin dayanıqlı infrastruktur inkişafına töhfə verməkdir.

Peşəkar Heyət

Mürəkkəb mühəndis-texniki tapşırıqları yüksək dəqiqliklə yerinə yetirən ixtisaslaşmış və təcrübəli komandaya sahibik.

Zəngin Layihə Təcrübəsi

Dəmir yolu xətləri, kranaltı yollar və sənaye binalarının inşası sahəsində uğurla icra edilmiş onlarla layihə portfelimiz mövcuddur.

Texniki Mükəmməllik

Elektrik, rabitə və siqnalizasiya sistemlərində müasir yanaşmalar tətbiq edərək infrastrukturun təhlükəsiz istismarını təmin edirik.

9+

Korporativ Müştəri

50+

Peşəkar Heyət

100+

Uğurlu Layihə

25

Mühəndislik Təcrübəsi

Etibar və Peşəkarlıq

Tərəfdaşlarımız